Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi
Hadisə
375
16:51, Bu gün

Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
 
"Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin qonşusu 34 yaşlı T.Məmmədov müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs taladığı qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulla avtomobil icarəyə götürüb və turizm məkanlarında istirahət edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər