Qonşusunun qızıllarını oğurlayaraq satıb istirahətə yollanan şəxs tutuldu
Hadisə
161
15:10, Bu gün

Qonşusunun qızıllarını oğurlayaraq satıb istirahətə yollanan şəxs tutuldu

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
 
Moderator.az xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin qonşusu 34 yaşlı T.Məmmədov müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs taladığı qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulla avtomobil icarəyə götürüb və turizm məkanlarında istirahət edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər