Binəqədidə anbarda baş vermiş yanğın məhdudlaşdırıldı - YENİLƏNİB + FOTO/VİDEO
457
14:50, Bu gün

Binəqədidə anbarda baş vermiş yanğın məhdudlaşdırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

13:47
 
Paytaxtın Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Qeyd olunub ki, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər görülür. Yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.
 
13:36
 
Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Qeyd olunub ki, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
 
Bundan başqa, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
 
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
 
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
 
12:28
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
 
FHN-dən Moderator.az-a verilən xəbərə görə, əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər