Biləsuvarda motosiklet aşıb: Xəsarət alanlar var
Hadisə
352
19:47, Bu gün

Biləsuvarda motosiklet aşıb: Xəsarət alanlar var

Biləsuvar rayonunda motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Aranlı kənd sakini Elnur Bayramovun idarə etdiyi motosiklet qəfil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü özü və motosikletdə olan sərnişin - 1979-cu il təvəllüdlü Samir Matıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər