Quba-Xınalıq yolu bağlandı - SƏBƏB
Hadisə
572
11:30, Bu gün

Quba-Xınalıq yolu bağlandı - SƏBƏB

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər