03:28
12°C
Bakı
Naftalan şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.