20:54
13°C
Bakı
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.
Göyçay rayonundan Bakı istiqamətində hərəkətdə olan "Hyundai Sonata" markalı 99-CL-755 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Göyçay rayon sakini 1959-cu il təvəllüdlü Məznunə Ətraf qızı Xəlilova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.