Bizi sosial şəbəkələrdən izləyin:
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıblar.
Moderator.az-ın məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürün ortasındakı adada odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə onlar Kürün ortasında qalıblar.
Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.