Kürdə 4 nəfər köməksiz vəziyyətdə qaldı: odun yığmağa çıxmışdılar
Hadisə
203
13:58, Bu gün

Kürdə 4 nəfər köməksiz vəziyyətdə qaldı: odun yığmağa çıxmışdılar

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıblar.
 
Moderator.az-ın məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürün ortasındakı adada odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə onlar Kürün ortasında qalıblar.
 
Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib.
 
Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
 
Link kopyalandı!
Son xəbərlər