Ağdamda minaya düşən şəxsdən xəbər var - Yenilənib
Hadisə
208
19:09, Bu gün

Ağdamda minaya düşən şəxsdən xəbər var - Yenilənib

Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qalır.

Moderator.az xəbər verir ki, bu barədə "Report"a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxananın həkim travmatoloqu Hafiz Əliyev qeyd edib ki, minaya düşən şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

"Ağdamın Yusifcanlı kəndi ərazisində baş verən mina partlaması hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs 26.03.2026 il tarixdə saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol aşağı ətrafın, baldırın 1/3-nə travmatik amputasiya diaqnozu təyin olunmuş pasiyentin müalicəsini davam etdirilməsi üçün o, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir".

14:21

Ağdamda bir nəfər minaya düşüb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Yüsifcanlı kəndi ərazisində baş verib.

Yusifcanlı kənd sakini, 03.12.1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.

Hazırda ANAMA əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.

Faktla bağlı araşdırma başlanıb.

Link kopyalandı!
Son xəbərlər