Ağdamda mina partladı, yaralanan var - YENİLƏNİB
Hadisə
628
15:09, Bu gün

Ağdamda mina partladı, yaralanan var - YENİLƏNİB

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
 
1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
 
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
 
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!" - məlumatda qeyd olunub.
 
14:12
 
Ağdamda mina hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində baş verib.
 
İlkin məlumata görə, həmin kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.
 
Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər