Biləsuvarda qəzada yaralanan 4 nəfərin vəziyyəti məlum oldu
Hadisə
130
22:08, Bu gün

Biləsuvarda qəzada yaralanan 4 nəfərin vəziyyəti məlum oldu

Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

Moderator.az xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. 

Müxtəlif bədən xəsatətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

17:10

Biləsuvarda iki maşın toqquşub, xəsarət alanlar var.

Moderator.az apa-ya istinadla bildirir ki, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “Mercedes” və “Rexton” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Rexton” markalı avtomobildə olan Qubadlı rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Mercedes” markalı avtomobildə olan bir nəfər isə topuq nahiyəsindən xəsarət alıb. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər