Ağır qəza baş verdi - Yaralılar var
Hadisə
268
19:40, Bu gün

Ağır qəza baş verdi - Yaralılar var

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb.

İlkin məlumata görə, qəzada doqquz yaşlı Y.H., 14 yaşlı T.Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər