Bakının iki rayonunda evlərdən oğurluq edənlər tutuldu
Hadisə
257
15:55, Bu gün

Bakının iki rayonunda evlərdən oğurluq edənlər tutuldu

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.
 
Mderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar.
 
Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub. Araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər