Buzovnada “qaya daşı əməliyyatı” - Saxlanılan var - VİDEO
Hadisə
346
15:30, Bu gün

Buzovnada “qaya daşı əməliyyatı” - Saxlanılan var - VİDEO

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. 
 
Bildirilib ki, polis əməkdaşları tərəfindən martın 23-ü qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb.
 
Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.
 
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub. 
 
Araşdırmalar davam etdirilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by moderator.az (@moderator_az)

 

 
Link kopyalandı!
Son xəbərlər