Bizi sosial şəbəkələrdən izləyin:
Ağstafada mikroavtobusla minik avtomobili toqquşub.
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Qeyd edək ki, "Mercedes Vito"nun sürücüsü Ağstafa-Bakı marşrutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurmuş.