Şəmkirdə borc üstündə dava - Ana və oğlu döyüldü
Hadisə
210
20:55, Bu gün

Şəmkirdə borc üstündə dava - Ana və oğlu döyüldü

Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.

Moderator.az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüblər.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana və oğulun döyülməsi ilə nəticələnib.

Daha sonra G.Həmzəyevə məxsus VAZ-2106 markalı maşına da zərər verilib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.

Link kopyalandı!
Son xəbərlər