23:03
8°C
Bakı
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı VAZ markalı maşın digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Hər iki faktla bağlı araşdırma aparılır.