Bizi sosial şəbəkələrdən izləyin:
Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.
Moderator.az xəbər verir ki, martın 23-də saat 06 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır.