01:17
8°C
Bakı
Saatlıda qətl hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, Rizvan Məmmədağa oğlu Söhbətov mübahisə zəminində 1976-cı il təvəllüdlü Rövşən Sədyar oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.
Ürək nahiyəsindən xəsarət alan R.Abdullayev Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
(apa)