Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb
Hadisə
415
22 Mar 2026 | 21:39

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb. 

Moderator.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. 

Kənd sakini, 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində aşkar edilib. 

Mərhumun bir uşaq atası olduğu bildirilir. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər