15:25
15°C
Bakı
Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
Moderator.az xəbər verir ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.
Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabildir.
Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.