Oğuzda ailə münaqişəsi - Ata oğluna xəsarət yetirdi
Hadisə
325
21 Mar 2026 | 21:36

Oğuzda ailə münaqişəsi - Ata oğluna xəsarət yetirdi

Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə martın 21-də, saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb.

Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər