20:15
10°C
Bakı
Bakının Xətai rayonunda qəza nəticəsində BMW markalı avtomobil yanıb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, rayonun Seyid Əzim Şirvani küçəsində BMW markalı 77-SM-527 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "Audi" markalı 90-LO-360 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
