Bizi sosial şəbəkələrdən izləyin:
Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.
Moderator.az xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.
Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /APA/