Qaxda bıçaqlanma hadisəsi baş verib
Hadisə
195
19 Mar 2026 | 23:00

Qaxda bıçaqlanma hadisəsi baş verib

Qax şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

Moderator.az-ın məlumatına görə, 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı, 18 yaşlı Rəvan Qadaşova kəsici alətlə xəsarət yetirib. Qarşı tərəf isə boşqabdan istifadə edərək Adil Abdurəhmanovu yaralayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi-nin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, fakt üzrə ərazi polis orqanında araşdırma aparılır.
Hər iki şəxsin xəsarətləri ilə bağlı müvafiq tibbi ekspertiza təyin olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.

Link kopyalandı!
Son xəbərlər