19:14
11°C
Bakı
Xırdalanda motosiklet yük avtomobilinə çırpılıb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ramin Nurəddin oğlu Hüseynov idarə etdiyi motosikleti yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.