Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar - Vəziyyəti ağırdır
Hadisə
207
10:04, Bu gün

Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar - Vəziyyəti ağırdır

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.
 
Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A-nı döyüblər.
 
Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək təcili tibbi yardım çağırıblar.
 
Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır. /qafqazinfo.az/
 
Link kopyalandı!
Son xəbərlər