22:40
9°C
Bakı
Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Moderator.az "Report"a istinadən verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.