Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
Hadisə
395
16:33, Bu gün

Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda Türkiyədən gələn yük avtomobili yoxlanılıb.
 
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10 449 konvalyut, 1 269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər