Qazaxda iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı
Hadisə
138
09:10, Bu gün

Qazaxda iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
 
Qəza nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
 
Xəsarət alanlar 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyevdir.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər