20:08
10°C
Bakı
Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.
Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.