Şantajla pul tələb etməkdə təqsirləndirilən qadına hökm oxundu
Hadisə
211
18:47, Bu gün

Şantajla pul tələb etməkdə təqsirləndirilən qadına hökm oxundu

Hacıqabulda tanışını şantaja məruz qoyaraq pul tələb etməkdə təqsirləndirilən Bikə Vəliyevanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhim Vəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə təqsirləndirilən şəxsin azyaşlı övladının olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 79.1-ci (Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması) maddəsini tətbiq edib, cəzanın 2030-cu ilədək təxirə salınması barədə qərar verilib.

Qeyd edək ki, hadisə Hacıqabul rayonunda baş verib. Təqsirləndirilən Bikə Vəliyeva tanışını görüntülərlə şantaj etməkdə, hədə-qorxu gələrək pul tələb etməkdə ittiham edilib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər