Telefon oğurladı, satıb pulunu nənəsinə xərclədi
Hadisə
207
18:07, Bu gün

Telefon oğurladı, satıb pulunu nənəsinə xərclədi

Bakıda oğurladığı telefonu sataraq pulunu nənəsi üçün xərcləyən şəxs həbs olunub.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Həzi Aslanov metro stansiyasının yaxınlığındakı məhəllədə baş verib.

1996-cı il təvəllüdlü, ali təhsilli T.Y. məhəllədə gəzərkən oturacaq üzərində "iPhone 13" markalı mobil telefon tapıb. Maddi vəziyyətinin zəifliyi və nənəsinin ağır durumunu nəzərə alaraq telefonu satmağa qərar verib.

Oradan uzaqlaşdıqdan sonra telefonun sahibi zəng edib. Zəngə cavab verib bir qədər danışdıqdan sonra telefonun şifrəsini soruşub, lakin həmin şəxs deməyib. Daha sonra o, nömrəni qıraraq atıb və telefonu söndürüb. T.Y. telefonu metronun "Əhmədli" stansiyasının yaxınlığında tanımadığı şəxsə 200 manata satıb və pulu nənəsi üçün xərcləyib.

Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinərək, 23 gün müddətinə inzibati həbs edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər