Hadisə
176
15:05, Bu gün

"Instagram"da əxlaqdankənar görüntülərini yayan şəxs HƏBS OLUNDU

Sosial şəbəkədə əxlaqsız görüntülər yayan şəxs inzibati məsuliyyətə cəlb edilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən Füzuli rayon sakini 1994-cü il təvəllüdlü T.Məmmədov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
 
Bildirilib ki, özünü cinsi azlıq nümayəndəsi kimi təqdim edən şəxs "Instagram"da izləyici sayı 2295 nəfər olan profilində mobil nömrəsini paylaşıb. O, özünün də qeyd etdiyi kimi, paylaşdığı videogörüntülərdə hər hansı geyimi təbliğ etmək məqsədi olmadan cazibəsini göstərmək üçün bədəninin müxtəlif hissələrini nümayiş etdirib. Bununla da sosial şəbəkədə əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək, cəmiyyətə açıqcasına hörmətsizlik etmək yolu ilə xırda xuliqanlıq törədib.
 
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 32 yaşlı şəxsə 10 sutka həbs cəzası verilib.
 
Link kopyalandı!
Son xəbərlər