Bizi sosial şəbəkələrdən izləyin:
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər ərazisində iki VAZ markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 1998-ci il təvəllüdlü Mahir Hüseynov, 2004-cü il təvəllüdü Yasin Kazımov və 1999-cu il təvəllüdlü Taleh Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.