Əhməd Məmmədliyə hökm oxunub
Hadisə
137
17:20, Bu gün

Əhməd Məmmədliyə hökm oxunub

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxışı zamanı Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.

Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən şəxs 6 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Əhməd Məmmədli Biləcəridə baş verən insidentlə bağlı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Məlumata görə, 2025-cu il mayın 6-da 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli tərəfindən törədilməsi məlum olub. Polisin əməliyyatı zamanı o saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladılaraq istintaq aparılıb.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər