MİDA-da ev almaq adı ilə vətəndaşları aldadan şəxsə hökm oxunub
Hadisə
206
17:17, Bu gün

MİDA-da ev almaq adı ilə vətəndaşları aldadan şəxsə hökm oxunub

Bir neçə vətəndaşa MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verərək dələduzluqda təqsirləndirilən Zamin Abdullayevə hökm oxunub.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilərək təqsirləndirilən şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib. Təqsirləndirilən şəxsə yekun olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək, iş üzrə üç zərərçəkmiş olub və ümumi dəymiş ziyan isə 68 min manat dəyərləndirilib. (oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər