Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda moped qəzaya uğrayıb.
Moderator.az bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində baş verib.
2005-ci il təvəllüdlü Hüseyn Mayıl oğlu Mayılovun idarə etdiyi "Champ" markalı moped divara çırpılıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.