Hadisə
171
22:27, Bu gün

"Mercedes" dərəyə aşdı, 5 nəfər yaralandı

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az Azərtac-a istinadən xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər