Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
141
09:46, Bu gün

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

Məlumata görə, Kəlbəcər rayon sakini, 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi "Mercedes"lə Goranboy rayon, Zeyvə kənd sakini, 1990-cı il təvəllüdlü T.Quliyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər