Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi
Hadisə
214
16:45, Bu gün

Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi

Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib.

Moderator.az oxu.az-a istinadla, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər