Türkiyənin Mersin şəhərində bələdiyyəyə aid yeməkxanada ehtiyacı olan ailələrə paylanılan iftar yeməyinin içindən yarış atına məxsus çip çıxıb. Bu hadisə həm bölgədə, həm də ölkə gündəmində böyük rezonans doğurub.
Moderator.az xəbər verir ki, yeməkxanada yemək yeyən bir vətəndaş nimçəsində yad bir maddə gördüyünü bildirərək Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə şikayət edib.
Aparılan araşdırmada yeməkdəki çipin Adananın Yeşiloba Hipodromunda yarışan 4 yaşlı ingilis atı Smart Latchə aid olduğu müəyyən edilib. Sonrakı analizlə isə yeməkxanada verilən qovurma yeməyinin həqiqətən də at ətindən hazırlandığını və məhz Smart Latch adlı atın əti olduğunu təsdiqləyib.

At sahibi Suat Topçu isə yaşananlara görə dərin təəssüfünü bildirib və hüquqi addımların atılmasını istəyir:
"Xəbəri eşidəndə çox pis oldum. Ümid edirik məsuliyyət daşıyanlar cəzalarını alacaqlar. Bu atı əvvəlcə damazlıq üçün təqdim etdik, lakin baytar müayinəsindən sonra bildirdilər ki, fizyoloji problemləri olduğu üçün damazlığa yaramır. Sonra Osmaniyədə yarış klubuna göndərildi. İnsanın yaxşılıq etməyə çalışarkən belə bir səhvə yol verməsi çox üzücüdür."
Rumiyyə