Türkiyədə yarış atını kəsib iftarda bişirdilər - VİDEO
Hadisə
780
14:50, Bu gün

Türkiyədə yarış atını kəsib iftarda bişirdilər - VİDEO

Türkiyənin Mersin şəhərində bələdiyyəyə aid yeməkxanada ehtiyacı olan ailələrə paylanılan iftar yeməyinin içindən yarış atına məxsus çip çıxıb. Bu hadisə həm bölgədə, həm də ölkə gündəmində böyük rezonans doğurub.

Moderator.az xəbər verir ki, yeməkxanada yemək yeyən bir vətəndaş nimçəsində yad bir maddə gördüyünü bildirərək Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə şikayət edib.

Aparılan araşdırmada yeməkdəki çipin Adananın Yeşiloba Hipodromunda yarışan 4 yaşlı ingilis atı Smart Latchə aid olduğu müəyyən edilib. Sonrakı analizlə isə yeməkxanada verilən qovurma yeməyinin həqiqətən də at ətindən hazırlandığını və məhz Smart Latch adlı atın əti olduğunu təsdiqləyib.

1484653

Smart Latch yarış həyatında 3 dəfə birincilik qazanmış 4 yaşlı İngilis atıdır. Son yarışına 14 oktyabr 2025-ci ildə çıxan at ayağında kiçik  sınıq olduğu üçün yarışlardan uzaqlaşdırılıb. Atın sahibi Suat Topçu Smart Latchı kluba təmənnasız olaraq verib, lakin sonradan atın qanunsuz yolla kəsilərək "dana əti" adı ilə bazara çıxarıldığını öyrənib. 

At sahibi Suat Topçu isə yaşananlara görə dərin təəssüfünü bildirib və hüquqi addımların atılmasını istəyir: 
"Xəbəri eşidəndə çox pis oldum. Ümid edirik məsuliyyət daşıyanlar cəzalarını alacaqlar. Bu atı əvvəlcə damazlıq üçün təqdim etdik, lakin baytar müayinəsindən sonra bildirdilər ki, fizyoloji problemləri olduğu üçün damazlığa yaramır. Sonra Osmaniyədə yarış klubuna göndərildi. İnsanın yaxşılıq etməyə çalışarkən belə bir səhvə yol verməsi çox üzücüdür."

Mersin Böyükşəhər Bələdiyyəsindən isə bildirilib ki, yeməkxanaya ət açıq tender yolu ilə, bütün laborator analizlərin nəticələrinə uyğun şəkildə və doğranmış formada alınıb. Həmçinin tədarükçünün digər dövlət və özəl qurumlara da ət tədarük etdiyi vurğulanıb. 

 

Rumiyyə

                            
                         

Link kopyalandı!
Son xəbərlər