Könül Həmzəyeva ilə bağlı qərar verildi
Hadisə
202
20:30, Bu gün

Könül Həmzəyeva ilə bağlı qərar verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Moderator.az "Unikal"a istinadla xəbər verir ki, müstəntiqin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi vəsatəti Xəzər rayon prokuroru təmin etməyib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Könül Həmzəyeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.

O, külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

Qeyd edək ki, bir ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan Xətai Rayon Polis İdarəsinə şikayət ediblər. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

Link kopyalandı!
Son xəbərlər