Bəhruz Paşayevin həbs müddəti uzadıldı
Hadisə
214
19:50, Bu gün

Bəhruz Paşayevin həbs müddəti uzadıldı

PaytaxtınYasamal rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin həbs müddəti uzadılıb.

Moderator.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və B.Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.

Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.

İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən "TAXES GROUP" MMC-nin ("Loft Dent" klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.

B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Link kopyalandı!
Son xəbərlər