Ailə faciəsinə səbəb olan inkassator avtomobilinin sürücüsü həbs edildi
Hadisə
293
16:37, Bu gün

Ailə faciəsinə səbəb olan inkassator avtomobilinin sürücüsü həbs edildi

Ötən ilin iyulunda Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü sürücü Elnur Yaqubova hökm oxunub.

Bildirilib ki, o, banklardan birində sürücü-inkassator işləyib və hadisəni törətdiyi avtomobil də banka məxsus olub.

Hadisə saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində - magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. E.Yaqubov 99-AU-092 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə idarəetməni itirib.Nəticədə avtomobil səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

Məhkəmədə İ.Bədirovanın yaxınları vurulmuş zərərə görə sürücüdən 50 min manat mənəvi təzminat tələb ediblər.

Təqsirləndirilən şəxs isə həmin məbləği ödəmək gücündə olmadığını deyib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə E.Yaqubova 5 il 2 ay həbs cəzası verilib. O, məhkəmə zalında qandallanıb.

Bundan başqa, təqsirləndirilən şəxsin sürücülük hüququ da 2 il məhdudlaşdırılıb. Həmçinin ondan 10 min manat tutularaq maddi zərərə görə zərərçəkmiş tərəfə ödənilməsi də qərara alınıb.

Link kopyalandı!
Son xəbərlər