“Tik Tok”da söyüş söyən şəxs həbs edildi: “Cadunun təsiri altında oluram” – TƏFƏRRÜAT
Hadisə
284
13:03, Bu gün

“Tik Tok”da söyüş söyən şəxs həbs edildi: “Cadunun təsiri altında oluram” – TƏFƏRRÜAT

Sabirabad rayonunda sosial şəbəkədə nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.
 
Moderator.az xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Cəlil Süleymanov (ad-soyad şərti verilib – red.) internet informasiya ehtiyatında sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə ittiham elan edilib.
 
İş üzrə ifadə verən Süleymanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində özünə məxsus “Tik Tok” sosial şəbəkəsində nalayiq ifadələr işlətməsinin səbəbini belə izah edib: “Bu nalayiq ifadələri yönəltdiyim şəxslərin mənə etdikləri cadu əməllərdir. Nalayiq ifadələri işlədən zaman cadunun təsiri altında oluram. Özümə gələndən sonra əməlimdən peşman olaraq həmin paylaşımları silirəm. Hazırda da əməlindən peşmanam”.
 
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Süleymanov 10 gün müddətinə həbs edilib. /Teleqraf/
 
Link kopyalandı!
Son xəbərlər