Mina partlayışı baş verdi - Həlak olan var
Hadisə
871
20:48, Bu gün

Mina partlayışı baş verdi - Həlak olan var

Füzulidə mina hadisəsi baş verib - atla minaya düşən çoban həyatını itirib.

Moderator.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər