Cəriməsini ödəmək üçün cinayət törətdi
Hadisə
148
19:25, Bu gün

Cəriməsini ödəmək üçün cinayət törətdi

Zaqatalada xırdabuynuzlu heyvanları oğurlayıb cəriməsini ödəyən şəxsə hökm oxunub.

Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində qeydə alınıb.

İttiham aktına görə, rayonun Pərzivan kənd sakini olan 33 yaşlı Ağa Muradov (ad və soyad şərtidir - red.) Qazangül qəsəbəsində zərərçəkən şəxsə məxsus beş baş qoyunu oğurlayaraq birini 80 manata olmaqla, ümumilikdə 400 manata satıb. Lakin realda isə heyvanların hər birini qiyməti 235-285 manat arası olub. Buna görə də heyvanların sahibinə təxminən 1180-1425 manat arası ziyan dəyib.

Faktla bağlı 33 yaşlı Ağa Muradov saxlanılıb və barəsində cinayət işi açılıb.

Əvvəllər də məhkum olunmuş təqsirləndirilən şəxs ifadəsində motosikletlə odun daşıyıb pul qazandığını, hadisəni törətdiyi ərəfədə nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, motosikleti idarə edərkən yol verdiyi qayda pozuntularına görə onun 300 manat miqdarında cəriməsi yaranıb. Həmin borcu ödəmək üçün isə Qazangül qəsəbəsindəki qoyunları oğurlamaq qərarına gəlib. Ağa bildirib ki, motosikletlə həmin qəsəbədəki binaya odun daşıyırmış. Onun sözlərinə görə, qoyunları sataraq əldə etdiyi pulla cəriməsini ödəyib.

Məhkəmənin qərarı ilə A.Muradov 3 il 4 ay müddətinə həbs edilib.

Link kopyalandı!
Son xəbərlər